Xəbərlər
Azərbaycanda elektrik avadanlıqları istehsalı 12,1 faiz artıb
2014-cü ildə Azərbaycanda kompyuter, elektron və elektrik avadanlığı istehsalının həcmi 225,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki illə müqayisədə kompyuter və digər elektron avadanlığının istehsalı 25,8 faiz azalıb, elektrik avadanlığının istehsalı isə 12,1 faiz artıb.