YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Vəliyev: «Elm haqqında» qanunun qəbul olunması çox vacibdir

«Ümumiyyətlə, hər bir sahənin fəaliyyəti qanunla tənzimlənməlidir. Bu mənada «Elm haqqında» qanunun qəbul olunması çox əhəmiyyətli olacaq». Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Əhməd Vəliyev deyib.

Ə.Vəliyev bildirib ki, bu sənəd elmin inkişafına böyük təkan verəcək. Onun sözlərinə görə, qanun layihəsində elmi işçilərin əməkhaqlarının artırılması, onların sosial məsələlərinin həlli, maddi stimul və s. məsələlər də əksini tapıb.

«Elmlə təhsil elm inteqrasiya olunmalıdır. Dövlət rəhbərliyinin də, belə bir strategiyası var ki, təhsil, elm və istehsalat inteqrasiya olunmalıdır. Elmsiz təhsil, təhsilsiz elm hər hansı müsbət nəticələrə imkan verə bilməz. Bu baxımdan, istər ali təhsil müəssisələrində, istərsə də AMEA və onun strukturlarında elmi fəaliyyətə çox ciddi fikir verilməlidir. Düşünürəm ki, bu qanun bu məsələləri tam şəkildə tənzimləyə biləcək»- deyə, Ə.Vəliyev vurğulayıb.