Xəbərlər
Türkiyə “Böyük iyirmilik” ölkələrinin energetika nazirlərinin ilk görüşünü keçirməyi planlaşdırır
Bu il “Böyük iyirmilik” ölkələrinə sədrlik edən Türkiyə energetika nazirlərinin ilk görüşünü təşkil etməyi planlaşdırır.
Bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu Davosda Dünya İqtisadi Forumunda çıxışında məlumat verib. Ə.Davudoğlunun sözlərinə görə, görüşdə enerji resurslarından istifadənin yaxşılaşdırılması, onların daşınması və vahid energetika siyasətinin işlənib hazırlanması məsələləri müzakirə ediləcək.
Türkiyənin Baş naziri xatırladıb ki, Afrika ölkələrinin təqribən 620 milyon sakini elektrik enerjisi ilə təmin olunmayıb və bu problemi yaxın illərdə həll etmək lazımdır.
Beynəlxalq Energetika Agentliyinin proqnozlarına görə, 2040-cı ilə qədər energetika sahəsinə yatırılacaq investisiyaların ümumi həcmi təqribən 66 trilyon dollar təşkil etməlidir.