Xəbərlər
Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri Binəli Yıldırım noyabrın 3-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.