YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanlı jurnalist: Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır

Azərbaycan xalqı sülhsevər xalqdır. Bu ölkə həmişə sülh istəyib. 27 il sülh arzusu ilə yaşayan xalqın səbri tükənib. O, torpaqlarını azad etməkdə haqlıdır. Ancaq bu gün Qərb heç də dediyi kimi sülhün bərpasında maraqlı deyil. Qərb ölkələri daima sülhdən danışırlar, ancaq sülh uğrunda ciddi səylər göstərməyib və göstərmir.

Bu fikirləri Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində jurnalistlər üçün təşkil edilmiş mətbuat konfransında iştirak etmiş pakistanlı jurnalist deyib.

Bildirib ki, Qərb həmişə öz maraqlarına görə hərəkət edib. Ədalət, sülh unudulub. Son onilliklər ərzində baş verən müharibələrə nəzər salanda bunu aydın görmək olur. Dünyada sülh artıq maraqlara çevrilib. Müharibələrin uzun müddət davam etməsində Qərbin öz maraqları var.

Azərbaycan öz torpaqlarını -Dağlıq Qarabağ ətrafındakı 7 rayonunu azad etməlidir, bu gün Azərbaycan haqq yolundadır. Əminəm ki, Azərbaycan tezliklə bütün torpaqlarını azad edəcəkdir.

A.Sahibzadə Pakistanın Azərbaycanı həmişə dəstəklədiyini deyərək, iki ölkə arasında yüksək səviyyəli sıx dostluq əlaqələrinin olduğunu vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv