YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlər saxlayan ölkələrə rast gəlmək mümkün deyil

“Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və Böyük Millət Məclisində təmsil olunan dörd partiyanın təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ölkəmizdə səfərdədir. Azərbaycan və Türkiyə rəhbərlərinin ilk səfərlərini bir-birinin ölkələrinə etmələrinin bir ənənə olduğunu nəzərə alsaq, Mustafa Şentopun TBMM-in Sədri seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi iki dost və qardaş ölkənin münasibətlərinin hansı səviyyədə olduğundan xəbər verir. Eynilə Milli Məclisin Sədri Sahibə Qafarovanın da Spiker seçildikdən sonra ilk xarici səfərini Türkiyə Respublikasına etməsi və orada ən ali səviyyədə qarşılanması, görüşlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edib. Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri kimi həmin səfərdə iştirak edirdim. Aparılan görüşlərdəki münasibətlər, xalqımız və ölkəmizə sevgidən doğan bəyanatlar bizdə qürur hisləri yaratmışdı”. Bu sözləri Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, ölkəmizə səfər edən Mustafa Şentop Prezident İlham Əliyev tərəfindən qəbul ediləndə, Baş Nazir və Milli Məclisin Sədri ilə görüşlərində, Milli Məclisin iclasında deputatlar qarşısında çıxışının əsas qayəsi bu oldu: “Türkiyə-Azərbaycan münasibətləri digər iki ölkə arasında mövcud olan münasibətlərlə müqayisə edilə bilməz”. Bəli, bu, doğrudan da belədir. Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin belə yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

O qeyd edib ki, Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlər saxlayan ölkələrə rast gəlmək mümkün deyil. Bu münasibətlər “Bir millət, iki dövlət”in başçıları arasındakı dostluq və qardaşlıq münasibətlərində özünü simvollaşdırır. Mustafa Şentop ölkəmizə səfəri çərçivəsində Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumlarını pislədi. Qeyd etdi ki, hücuma məruz qalan Gəncə şəhərinə səfərə yola düşür. Onu da bəyan etdi ki, TBMM-in İnsan haqları komitəsinin alt komitəsində Dağlıq Qarabağ da daxil olmaqla, müharibə zonalarında insan haqlarının pozulması hallarının araşdırıldığı və Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər barədə də məruzə hazırlanacaq. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir.

Komitə sədri fikirlərini Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən dövlətimizin başçısı İlham Əliyevin bu sözləri ilə yekunlaşdırıb: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”.

DİGƏR Xəbərlər Arxiv