Xəbərlər
Əli Əhmədov: Qəhrəman Azərbaycan Ordusunun zəfər yürüşü davam edir

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində Milli Ordumuzun apardığı uğurlu əməliyyatlardan bəhs edən növbəti paylaşımın etmişdir.
Əli Əhmədov qeyd edir: “İşğal altında olan bir neçə kəndin düşməndən boşaldılması, vacib mövqelərin ələ keçirilməsi artıq təmin edilib. Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir.
Düşmən layiqli cəzasını alır. Xalq Ali Baş Komandana, qəhrəman Azərbaycan Ordusuna tam dəstəyini ifadə edir. Artıq Bakıda mülki avtomobillərdə Azərbaycan bayraqları dalğalanır. Bu həm artıq qazanılmış hərbi uğurların sevinci, həm Ordumuza dəstək, həm də daha böyük qələbəyə inam deməkdir. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!”