Xəbərlər
YAP Hacıqabul rayon təşkilatının nümayəndələri türk şəhidliyini ziyarət ediblər
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının rəhbərliyi, Gənclər Birliyinin və Qadınlar Şurasının üzvləri Qafqaz İslam Ordusunun Bakının daşnaq erməni və bolşevik qüvvələrinin işğalından azad etməsinin 102-ci ildönümü münasibəti ilə rayonun Qubalıbalaoğlan kəndində yerləşən Türk Şəhidliyini ziyarət ediblər.
Onlar torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qardaş türk şəhidlərinin ruhlarına öz ehtiramlarını bildirərək, məzarlarına tər çiçəklər düzüblər.
Daha sonra təşkilatın nümayəndələri öz həyətində olan şəhid məzarlarını uzun illər qoruyub saxlamış Nigar xanımı ziyarət ediblər.