YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşad Mirbəşiroğlu: İlk səfərlərin qardaş Türkiyəyə edilməsi kifayət qədər ciddi siyasi hədəflərə hesablanıb

“İlk səfərlərin istər prezident, istərsə də vəzifəli şəxslər səviyyəsində qardaş Türkiyəyə edilməsi kifayət qədər ciddi siyasi hədəflərə hesablanıb”.
Bu fikirləri “Yeni Tv”-nin canlı yayımında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.
O qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ilk xarici səfərini Türkiyəyə etməsi, növbəti dəfə beynəlxalq ictimaiyyətə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının, qardaşlıq münasibətlərinin göstəricisi kimi təqdim olunur: “Belə bir addımların atılması, strategiyanın müəyyənləşdirilməsi gələcəkdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi inkişaf nöqtələrinə çatmasını təmin edəcək. Belə olan halda iki ölkə arasında problemlər də ümumiləşir”.
E.Mirbəşiroğlu deyib ki, hərbi, ticari-iqtisadi, elm, eyni zamanda humanitar sahədə Azərbaycan-Türkiyə münasibətlərində əməkdaşlıq, dünya ölkələri üçün istər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərin qurulması baxımından örnəkdir. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da prezident seçildikdən sonra ilk səfərini Azərbaycana edir. Bu dünyaya ünvanlanan bir mesajdır ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan Türkiyə üçün strateji tərəfdaşdır. Bütün sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığı, qardaşlığı sarsılmazdır. Belə bir münasibət əsasında qurulan əməkdaşlıq həmişə keyfiyyətli olacaq və bununla da bütün hədəflərə çatılacaq”.