Xəbərlər
Anar İsgəndərov: Vətəndaş dövlətin koronavirusla mübarizəsini birmənalı alqışlayır (VİDEO)
“Koronavirus pandemiyası bütün dünya üçün böyük təhlükədir. Tarixdə həmişə belə olub ki, müharibəyə kim daha çox hazırlıqlıdırsa, döyüşü də həmin tərəf qələbə ilə başa çatdırır”.
Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov “Yeni Tv”-nin “Baxış Bucağı” verilişində səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan ərazicə kiçik, əhalisinin sayı az olsa da, dünyada koronavirus pandemiyası ilə bağlı həyəcan siqnalı çalınanda, bundan nəticə çıxaran ilk dövlətlərdən biri olub: “Dövlət koronavirusla mübarizə məqsədilə Operativ Qərargahı yaratdı və insanların sağlamlığı üçün nə lazımdırsa, onu etdi. Bu dövrdə iqtisadi itkilərimiz var. Amma dövlət və dövlət başçısı elan etdi ki, dövlətə münasibətindən asılı olmayaraq Azərbaycan vətəndaşı əvəzsizdir”.
A.İsgəndərov vurğulayıb ki, vətəndaş dövlətin koronavirusla mübarizəsini birmənalı alqışlayır, uğurlu hadisə kimi qəbul edir.