Xəbərlər
Prezident İlham Əliyev Mireya Aquero de Korralesin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı.