Xəbərlər
Gürcüstan XİN Dağlıq Qarabağda keçirilmiş qanunsuz “seçkilərlə” bağlı bəyanat yayıb
Gürcüstan hökuməti martın 31-də Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma “prezident və parlament seçkiləri”ni tanımır.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Sənəddə qeyd olunur ki, Gürcüstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Bəyanatda deyilir: “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinin tərəfdarıdır”.