Xəbərlər
Vüsal Hüseynov: 2020-ci ilin əvvəlində vətəndaşlıq almaq üçün müraciət edən əcnəbilərin sayında artım olub
“2020-ci ilin əvvəlində vətəndaşlıq almaq üçün müraciət edən əcnəbilərin sayında 23 faiz artım olub”. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.
V.Hüseynov bildirib ki, cari ilin ilk iki ayında vətəndaşlıq üçün müraciət edən şəxsləri sayı 4822 nəfər olub.
“Yanvar və fevral ayı ərzində readmissiya olunan şəxslərin sayı 70 nəfər olub. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artım deməkdir”-deyə, V.Hüseynov vurğulayıb.