Xəbərlər
Azərbaycan və Fransa sənaye qruplarının rəhbərləri üçün iqtisadi forum təşkil olunacaqdır
Fransa Respublikasının Prezidenti Fransua Ollandın may ayında ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan və Fransa sənaye qruplarının rəhbərləri üçün iqtisadi forum təşkil olunacaqdır.
Azərbaycan Respublikasının Energetika Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iqtisadi forum Fransanın Azərbaycandakı Səfirliyinin və Fransız Şirkətlər Birliyinin (MEDEF) təşkilatçılığı ilə keçiriləcəkdir. Energetika naziri Natiq Əliyevin həmin iqtisadi forumda iştirakı planlaşdırılmışdır.