YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xələf Xələfov: Rusiya və Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük təsir göstərmək imkanına malikdir

Regionda sabitliyin və etimadın daha yüksək səviyyəyə çatdırılması buradakı bütün münaqişələrin nizamlanmasına müsbət təsir edə bilər.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan, Rusiya və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nöqteyi-nəzərindən yaxınlaşması məsələsini şərh edərkən jurnalistlərə deyib.

X.Xələfov bildirib: "Məlumdur ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya, eləcə də regionda mühüm rol oynayan və Ermənistanla həmsərhəd olan Türkiyə bu münaqişənin həllinə böyük təsir göstərmək imkanına malikdirlər".

Nazir müavini qeyd edib ki, ölkələr arasında əlaqələrin möhkəmlənməsi ilə yanaşı, Azərbaycanla əlaqələr fonunda da Rusiya ilə Türkiyənin səyləri arta bilər: "Və biz bunu gözləyirik".

Onun sözlərinə görə, Türkiyə və Rusiya regionun aparıcı ölkələridirlər və Azərbaycan ilə qonşudurlar: "Biz hər iki ölkə ilə ən yüksək səviyyədə münasibətlər qurmağa çalışırıq. Azərbaycan Türkiyə və Rusiya ilə etibarlı əlaqələrə, strateji xarakterli münasibətlərə malikdir. Ona görə də güman edirəm ki, Azərbaycanın Türkiyə və Rusiya ilə əlaqələrinin inkişafı bizim maraqlarımıza uyğundur və biz bunu alqışlayırıq”.

Onun sözlərinə görə, region ölkələri ilə münasibətlərin möhkəmlənməsi, əlaqələrin genişlənməsi, yeni layihələrin həyata keçirilməsi regionda sabitliyi və inkişafı təmin edəcək.