Xəbərlər
Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin vəfatının on birinci ildönümündə Fəxri xiyabanı ziyarət edir
Azərbaycan ictimaiyyəti dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının on birinci ildönümündə Fəxri xiyabanı ziyarət edir.
Gün ərzində ulu öndərin məzarını ictimai xadimlər, ziyalılar, hökumət rəsmiləri və parlament nümayəndələri də ziyarət edəcəklər.
Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.