Xəbərlər
Almaniyalı müşahidəçi: Məntəqələrdə heç bir qanun pozuntusu ilə rastlaşmadım
Almaniyadan olan müşahidəçi kimi bir çox seçki məntəqələrinə baş çəkdim. Hazırda müşahidə etdiyim seçki dairəsində hər şey öz qaydasındadır və heç bir qanun pozuntusu yoxdur. Seçici fəallığı yüksəkdir və səsvermə prosesi şəffaf gedir. Hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
Bu sözləri 20 saylı Nərimanov II seçki dairəsinin 16 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən almaniyalı müşahidəçi, Sosial Demokrat Partiyasının (SPD) üzvü, SPD fraksiyasından Ştefen-Klaudio Leme deyib.
Xatırladaq ki, Ştefen-Klaudio Leme 2009-2017-ci illərdə Alman Bundestaqının üzvü olub.