Xəbərlər
Səsvermədə şəffaflığın təmin olunması diqqət mərkəzindədir
90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə seçkilərin mühüm mərhələsi olan səsvermədə şəffaflığın təmin olunması ciddi diqqət mərkəzindədir.
Bu barədə məlumat verən dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov bildirib ki, fevralın 9-da səhər saat 8:00-dan başlayan səsvermə seçicilərin fəallığı şəraitində keçir. Dairə üzrə yaradılan 40 məntəqədə 40 min 493 nəfər seçici 9 namizəd arasında seçim etməlidir. Seçicilərin 106 nəfəri ilk dəfə, 3 nəfəri isə 100 yaşdan yuxarı səs verənlərdir.
Səsvermənin gedişini 563 müşahidəçi izləyir.