YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlament seçkilərində ağdaşlıların seçimi Cavid Osmanovdur

Milli Məclisə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov Ağdaş rayonunun Şıxlı və Aşağı Zeynəddin kəndlərində seçicilərlə görüşdü.

Görüşlərdə çıxış edən Cavid Osmanov Yeni Azərbaycan Partiyasının namizədi kimi keçirdiyi görüşlər haqqında ətraflı məlumat verən deputatlığa namizəd eyni zamanda 3 il ərzində Milli Məclisdəki fəaliyyəti, rayon seçiciləri ilə keçirdiyi görüşlər və gördüyü işlərin də qısa hesabatını seçicilərinin diqqətinə çatdırdı. Cavid Osmanov rayonda aparılan abadlıq-quruculuq işləri haqqında söz açaraq bütün bunların Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu qeyd etdi. Cavid Osmanov ağdaşlıların həmişə dövlətə-dövlətçiliyə sadiqlik nümayiş etdirdiklərini görüş iştirakçılarının diqqətinə çatdırdı.

 Vurğuladı ki, keçirilən bütün görüşlərdə seçicilərin ona yekdilliklə dəstək olmaları da ağdaşlıların dövlətə-dövlətçiliyə, Yeni Azərbaycan Partiyasına olan sədaqətindən irəli gəlir. Çıxışının sonunda Cavid Osmanov göstərdikləri dəstəyə və etimada görə seçicilərə bir daha dərin minnətdarlığını bildirdi.

Hər iki görüşdə təbliğat qrupunun üzvlərindən Tənzilə Şıxıyeva, İsmayıl Xuduyev və Sevgili İbrahimova çıxış edərək seçiciləri Cavid Osmanova yekdil şəkildə dəstək olmağa və səsvermə günü düzgün seçim edərək, Ağdaş üçün layiq olan namizədə səs verməyə çağırdılar.

Şıxlı və Qarasuqumlaq kəndlərindən olan seçicilərin iştirak etdiyi ilk görüş Şıxlı kəndində baş tutdu. Kənd ağsaqqalları deputatlığa namizəd Cavid Osmanovla görüşərək ona öz xeyir-dualarını verdilər. Seçicilərin coşqu ilə iştirak etdiyi görüşdə çıxış edənlər – Səriyyə Cəfərova, Əlövsət İsgəndərov, Əhməd Həmidov və Sona Əhmədova bəyan etdilər ki, onların tək bir seçimi var, o da Cavid Osmanovdur. Bu seçimi təsdiqləmək üçün isə fevral ayının 9-nu səbirsizliklə gözləyirlər.

Aşağı Zeynəddin kəndində keçirilən görüşə bu kənddən olan seçicilərlə yanaşı Yeniarx və Tatlar kəndlərindən olan seçicilər də gəlmişdilər. Çıxışlar zamanı seçicilər Dilbər Rəsulova, Rasim Pirməmmədov və Ətraf Səmədov qeyd etdilər ki, bu gün Azərbaycanda görülən işlər hər bir vətəndaşın gözü önündədir və onlar bir ağdaşlı kimi bütün bunları çox yüksək qiymətləndirirlər. Çıxışçılar yorulmadan Azərbaycanın firavan gələcəyi üçün çalışan Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə hər zaman dəstək olacaqlarını, keçiriləcək Milli Məclisə seçkilərdə məhz Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanova səs verəcəklərini qeyd etdilər.

 

DİGƏR Xəbərlər Arxiv