Xəbərlər
Emin Hacıyevin seçicilərlə görüşləri uğurla davam edir
Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədi Emin Hacıyevin Sumqayıt şəhəri 11-ci mikrorayon və eləcə də 9-cu mikrorayonda yaşayan sakinlərlə növbəti görüşü keçirilib.
Görüşlərdə çıxış edən namizədin vəkilləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərdən danışıblar. Çıxışçılar həmçinin seçicilərə Emin Hacıyev haqqında ətraflı məlumat veriblər. Tədbirlərdə çıxış edən deputatlığa namizəd Emin Hacıyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına və partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, qeyd edib ki, bu, böyük bir inam və etibardır.
Emin Hacıyev seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə fəal iştirak etməyə səsləyib. O bildirib ki, YAP bu seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə qatılır və partiyanın namizədlərinə etimad göstərməklə seçicilər ölkəmizdəki inkişafın davamlılığına səs vermiş olacaqlar.
Görüş zamanı həmçinin vətəndaşlar tərəfindən səsləndirilən təklif və müraciətlər dinlənilib, seçicilər seçki günü məntəqələrə gedərək YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.