Xəbərlər
YAP-ın namizədi Tahir Mirkişili Sumqayıt şəhərində seçicilərlə görüşüb
YAP-ın 42 saylı Sumqayıt ikinci seçki dairəsindən millət vəkilliyinə namizədi Tahir Mirkişilinin seçiciləri ilə növbəti görüşü keçirilib. Namizədin vəkillərinin də iştirak etdiyi görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı geniş məlumat verilib. Daha sonra Tahir Mirkişilinin V çağırış Milli Məclisdəki fəaliyyəti ilə bağlı fikirlər səsləndirilib. Qeyd edilib ki, T.Mirkişili qanunverici orqanda aktiv fəaliyyəti ilə seçilən millət vəkillərindəndir.
Tədbirdə çıxış edən YAP-ın parlament seçkilərindəki namizədi Tahir Mirkişili bildirib ki, ölkəmizdə sistemli islahatlar həyata keçirilir. Çıxışında YAP-ın fəaliyyəti barədə də danışan T.Mirkişili deyib ki, partiyamızın artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasındadır: "Xalqımız dəyişiklikləri, sosial vəziyyətin yüksəlməsini öz həyatında hiss edir. Seçicilərim mənə yenidən etimad göstərərlərsə, bundan sonra da fəaliyyətimi məhz partiyamızın proqramı çərçivəsində quracağam və şəhərimizin daha yüksək inkişafına yaxından töhfə verməyə çalışacağam".
Tədbirdə çıxış edən seçicilər fevralın 9-da YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.