YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ağalar Vəliyev ağdamlı məcburi köçkünlərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə deputatlığa namizədi Ağalar Vəliyev seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlax şəhərində və Ağdamın Quzanlı qəsəbəsində məskunlaşmış ağdamlı məcburi köçkünlərlə görüş keçirib.

Görüşlərdə deputatlığa namizəd Ağalar Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə ardıcıllıqla həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərinməzmunlu islahatlar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsi ilə nəticələnib. Deputatlığa namizədin sözlərinə görə, sosial-iqtisadi, məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar islahatların nəticələrini öz həyatlarında hiss edirlər. “Dövlət başçısı hələ 2018-ci ildə keçirilən prezident seçkiləri ərəfəsində ölkəmizdə böyük islahatlara başlanacağının anonsunu vermişdi. 2019-cu ilin əvvəlindən etibarən Prezident İlham Əliyevin imzaladığı çoxsaylı Fərman və sərəncamlar əsasında aktiv şəkildə islahatların reallaşdırılmasına başlanıldı. Ötən il aparılan dərinməzmunlu sosial islahatlar iki mərhələdə həyata keçirildi və bundan 4,2 milyon insan faydalandı. Qeyd olunan islahatlar çərçivəsində müavinətlərin, əməkhaqlarının və pensiyaların artırılması xüsusilə təqdirəlayiq haldır. Bu, ona dəlalət edir ki, respublikamızda ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan hər kəs dövlət tərəfindən dəstəklənir”, - deyə A.Vəliyev vurğulayıb.

A.Vəliyev xüsusilə məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan da ətraflı bəhs edib.
Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük inam bəslədiklərini bildiriblər. Çıxışlarda vurğulanıb ki, Ağalar Vəliyev əvvəllər də parlamentdə təmsil olunarkən seçiciləri ilə daim sıx ünsiyyət qurub, onları narahat edən məsələləri müvafiq qurumların nəzərinə çatdıraraq həllinə nail olub. Seçicilər qarşıdan gələn seçkilərdə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə deputatlığa namizəd Ağalar Vəliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv