Xəbərlər
Deputatlığa namizəd Aqil Məmmədov kəlbəcərli seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyası tərəfindən 123 saylı Kəlbəcər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Aqil Sadıq oğlu Məmmədov parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tərtər və Bərdə rayonlarında məskunlaşmış seçicilərlə görüşü keçirilib.
Görüşlərdə deputatlığa namizəd Aqil Məmmədov YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib.
Çıxış edən görüş iştirakçıları isə 9 fevral parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.