Xəbərlər
Ramiz Həsənov: Avropa Oyunları ilə əlaqədar yeyinti məhsulları sınaqdan keçiriləcək

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı yeyinti məhsullarını sınaqdan keçirəcək.
Bu barədə jurnalistlərə müsahibəsində komitə sədri Ramiz Həsənov məlumat verib.
Yeyinti məhsullarının sınaqlarının aparılması üçün Milli Olimpiya Komitəsinin SMPDK-ya müraciət etdiyini deyən R.Həsənov vurğulayıb ki, Azərbaycandakı sınaq laboratoriyalarının nəticələrini Avropa ölkələri də tanıyır.