Xəbərlər
Bərdə rayonunda YAP fəalları ilə görüş keçirilib

YAP Bərdə rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib.
Görüşdə YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Tahir Rzayev, Elman Məmmədov iştirak ediblər.
Yığıncağı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq Yeni Azərbaycan Partiyasının ölkənin içtimai – siyasi həyatındakı fəaliyyətindən danışıb. O bildirib ki, partiyamızın gücü qarşıdan gələn bələdiyyə seçkilərində inamlı qələbə qazanmağa tam əsas verir.
Görüşdə səlahiyyətli nümayəndələr çıxış edərək partiya fəallarına öz tövsiyələrini veriblər.