YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı namizədlərin təbliğatında fəallıq nümayiş etdirir

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatında yaradılmış Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı işlərə ciddi başlayıb.

YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova məlumat verdi ki, 23 Dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ölkəmizin bütün regionlarında olduğu kimi, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının Seçki Qərargahı tərəfindən təbliğat-təşviqat kampaniyasına start verilib. Ə.Vahabova vurğuladı ki, Yeni Azərbaycan Partiyasının "Rifah və Quruculuq naminə" şüarı ilə hazırlanmış plakatları Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq Seçki Məntəqələri ətrafında quraşdırılmış təşviqat lövhələrinə yerləşdirirlər.

Rayon üzrə YAP rayon təşkilatının təbliğat qrupu tərəfindən 34 bələdiyyə üzrə 298 nəfər namizədin rəngli fotoşəkilləri və təşviqat materialları müvafiq seçki məntəqələrindəki təşviqat lövhələrindən asılıb. Rayonda bələdiyyə seçkiləri ədalətli, şəffaf, müvafiq seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi məqsədilə təbliğat-təşviqat işləri uğurla yekunlaşacaq və bu seçkilərdə də Yeni Azərbaycan Partiyası yenidən qalib gələcək.