Xəbərlər
Azər Badamov: Ölkəmizdə qeyri-neft sektorunun inkişafı hər zaman diqqət mərkəzindədir
«Ölkəmizdə qeyri-neft sektorunun inkişafı hər zaman diqqət mərkəzindədir”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov bildirib ki, dövlətimizin başçısı hökumətin qarşısında qeyri-neft sektorunun inkişafı ilə bağlı müvafiq vəzifələr qoyub. Onun sözlərinə görə, sənaye parklarının, texnoparkların yaradılması bu sektorun inkişafında ciddi göstəricidir.
“İri sənaye parklarının yaradılması Azərbaycanın dövlət büdcəsinə əlavə dəyər gətirmək deməkdir. Eyni zamanda, vergi amili də vacibdir. Bu, çox düzgün siyasətdir. Qeyri-neft sektorunun inkişafı üçün yeni sənaye müəssisələrinin yaradılması, kənd təsəürrüfatının daha da inkişaf etdirilməsi zəruridir”-deyə, deputat qeyd edib.