Xəbərlər
Sevinc Hüseynova: Görülən işlər insanların sosial rifahının yüksəlməsinə xidmət edir
«Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Bunun nəticəsidir ki, ölkədə uğurlu sosial siyasət həyata keçirilir». Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar uğurlu nəticələr verməkdədir. Onun sözlərinə görə, bu istiqamətdə gələcəkdə də mühüm addımların atılması nəzərdə tutulur.
«Bütövlükdə, sosial siyasətin bütün qollarında müsbət meyillər özünü göstərir. Azərbaycanda dövlət siyasətinin əsas xətti ölkə vətəndaşlarının sosial durumunu yaxşılaşdırmaqdan ibarətdir. Bu yaxşılaşdırmanın özü də ardıcıl olaraq, insanların sosial rifahının yüksəlməsinə xidmət edir. Bu isə inkişafın ən vacib məqamıdır. Ona görə də, biz bu gün Azərbaycanda gedən bu müsbət dəyişiklikləri xüsusi vurğulamalıyıq»- deyə, deputat qeyd edib.