YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusunun qapalı hərbi şəhərciklərində əhalinin siyahıya alınmasına dair hazırlıq işləri başa çatdırılıb

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələblərinin icrası ilə əlaqədar ölkə ərazisində əhalinin növbəti siyahıyaalınması prosesi başlayıb.

Müdafiə Nazirliyindən bildiriblər ki, oktyabrın 10-dək davam edəcək bu prosesin icrası ilə əlaqədar Azərbaycan Ordusunun qapalı hərbi şəhərciklərində əhalinin siyahıya alınmasının operativ və vaxtında aparılması istiqamətində Müdafiə naziri tərəfindən vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub. Hazırlıq işləri qısa müddətdə başa çatdırılıb.