Xəbərlər
Türkiyənin Vitse-prezidenti Fuat Oktayın şərəfinə rəsmi nahar verilib
Sentyabrın 16-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun adından Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın şərəfinə rəsmi nahar verilib.
Səmimi söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.