Xəbərlər
Əlahiddə Ümumqoşun Ordunun bölmələrində toplantı keçirilib

Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələri ilə mütəxəssis toplantısı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, toplantının sonunda “SPQ-9” tank əleyhinə dəzgahlı qumbaraatanlardan döyüş atışları icra edilib.
Əsas məqsəd şəxsi heyətin və tank əleyhinə vasitələrin döyüş və döyüşə hazırlığının yoxlanılması olub.