Xəbərlər
Azərbaycan ilə bir sıra ölkələr arasında hərbi sahədə əməkdaşlıq planları imzalanıb
Noyabrın 11-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Moskvada keçirilən növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıb.