Xəbərlər
Şirzad Abdullayev: 2014-cü ilin ötən dövrü ərzində sahibkarlara 261 milyon manat güzəştli kredit verilib
2014-cü ilin ötən dövrü ərzində respublika üzrə iş adamlarına 261 milyon manat güzəştli kredit verilib. Bunu Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.
Ş.Abdullayev bildirib ki, bu kreditlər 4 min 785 sahibkarı əhatə edir. Onun sözlərinə görə, güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 min 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
«Azərbaycan dövləti sahibkarlığın inkişafına böyük diqqət yetirir. Bunun nəticəsidir ki, güzəştli kreditlərin həcmi daim artır. Bu proses davamlı xarakter daşıyır»-deyə, icraçı direktor vurğulayıb.