Xəbərlər
“Bərpa olunmuş müstəqillik - inkişafın və Zəfərin təməli”

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının İncəsənət Məktəbi ərazi partiya təşkilatında 18 Oktyabr - Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş “Bərpa olunmuş müstəqillik - inkişafın və Zəfərin təməli” mövzusunda tədbir keçirib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, Suvacal kənd orta məktəbinin direktoru Şəfiqə Qiyasova və YAP Qusar rayon təşkilatının gənc fəalı Rəhman Ağabalayev 18 oktyabr tarixinin Azərbaycan dövlətçiliyi tarixindəki əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, müstəqilliyimizin bərpası xalqımızın qazandığı ən böyük zəfərlərdən biridir. Müstəqil Azərbaycanın bugünkü uğurlarında xalqımızın birliyinin, dövlətimizin gücünün və Prezident İlham Əliyevin müdrik siyasətinin mühüm rol oynadığı vurğulanıb.
Sonra İncəsənət Məktəbinin direktoru və ərazi partiya təşkilatının sədri Reyhan Bağışovanın anadan olmasının 60 illiyi münasibətilə ona fəxri fərman və qiymətli hədiyyə təqdim edilib.
Tədbirin rəsmi hissəsinin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbir mədəniyyət işçilərinin təqdimatında konsert proqramı ilə başa çatıb.