YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada şəhidlərin xatirəsi anılıb

Xalq-iqtidar-ordu birliyi nəticəsində 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfər dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir.

Zaqatala rayonunun Qımır və Bazar kəndlərində Vətən müharibəsi şəhidləri Abdurrahman İsrafilov, Xəqani Murtuzəliyev və Sayad Hacıyevin anım mərasimləri keçirilib.

Şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərdə Milli Məclisin deputatı Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Seyidov, şəhidlərin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib.

Anım mərasimlərində çıxış edənlər şəhidlərin döyüş yolundan, göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan danışıblar.

Millət vəkili Asif Əsgərov qeyd edib ki, hər birimizin ürəyində şəhidlərimizə sonsuz minnətdarlıq hissi var, onların ailələrinə diqqət və qayğı göstərmək isə müqəddəs mənəvi öhdəlikdir. Qeyd olunub ki, dövlətimizin bu kateqoriyadan olan şəxslərə dəstəyi müqəddəs amal uğrunda canlarından keçən igidlərimizin xatirəsinə verilən ən böyük dəyərdir.

Tədbirin sonunda şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv