Xəbərlər
AŞ nümayəndəsi: Avropa Şurası ilə Azərbaycan arasında məhkəmə və hüquq sahəsində səmərəli əməkdaşlıq qurulub
Avropa Şurası ilə Azərbaycan arasında məhkəmə və hüquq sahəsində səmərəli əməkdaşlıq qurulub.
Bunu Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat konfransında Avropa Şurasının Ədliyyə və hüquqi əməkdaşlıq departamentinin rəhbəri Hanne Juncher deyib.
H.Junçer bildirib ki, bu layihə tərəflər arasında əməkdaşlığın inkişafına xidmət edəcək: "Uzun illərdir ki Avropa Şurası bu istiqamətdə Azərbaycanın müxtəlif qurumları, o cümlədən Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edir. Azərbaycan məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində böyük nailiyyətlər əldə edib".
Avropa Şurası nümayəndəsi əlavə edib ki, yeni layihə məhkəmə sisteminin səmərəliliyinin daha da artırılmasına səbəb olacaq.
O, səmərəli əməkdaşlığa görə Azərbaycana təşəkkürünü bildirib.