YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: 9 noyabr Dövlət Bayrağı Günü ölkəmizin ən mühüm bayramlarından biridir

«Hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Bu mənada bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur». Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, bayrağın əks olunan rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Onun sözlərinə görə,  Azərbaycan bayrağı da üzərindəki, mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir.

«Əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub saxlamaq arzusunda olub. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dalğalandırdığı üçrəngli bayrağımız həmin əsrin sonunda yenidən zirvələrə yüksəldi. Bu gün bayrağımız beynəlxalq səviyyədə inamla dalğalanır. 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi təqvimə daxil edilməsi müstəqilliyimizin bu atributuna göstərilən ehtiramdır. 9 noyabr Dövlət Bayrağı Günü ölkəmizin ən mühüm bayramlarından biridir»- deyə, F.İbrahimli deiyb.