Xəbərlər
Daşkəsəndə partiya fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyi vurğulanıb.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğu, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti-quruculuq işləri aparıldığı və keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtdığı xüsusi qeyd olunub.
Sonda partiya fəallarına təşəkkürnamələr təqdim edilib.
