Xəbərlər
Gələn həftə Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi Belçikaya təhvil verəcək
Gələn həftə Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi Belçikaya təhvil verəcək.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Avropa Şurasının qonşu regionlar üzrə siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfransında deyib.
Nazir sədrliyi Belçikaya təhvil vermək üçün noyabrın 13-də Strasburqda səfərdə olacağını söyləyib. O, Nazirlər Komitəsinə 6 aylıq sədrliyi dövründə Azərbaycan tərəfindən görülmüş işlərin nəticələrini təqdim edəcəyini diqqətə çatdırıb.