Xəbərlər
Rza Vəziri: Azərbaycandakı islahatlar bu ölkəni ABŞ investorları üçün daha da cəlbedici edir

Azərbaycanda həyata keçirilən islahatlar ABŞ investorları üçün bu ölkəni daha da cəlbedici edir.
Bu barədə ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Rza Vəziri deyib.
"İndiyədək ABŞ Azərbaycana 13 milyard dollaradək investisiya yatırıb. Eyni zamanda, Azərbaycan ABŞ-a 7,6 milyard dollaradək investisiya qoyuluşu həyata keçirib. Ümid edirəm ki, ABŞ-ın Azərbaycana investisiya axını daha çox olacaq", - deyə R.Vəziri qeyd edib.