Xəbərlər
Rüfət Məmmədov: Azərbaycanla Xorvatiyanın ticarət dövriyyəsi artıb

Ötən il Azərbaycan ilə Xorvatiya arasında ticarət dövriyyəsi 16 faiz artıb.
Bu barədə aprelin 29-da Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
O bildirib ki, keçən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 250 milyon dollara yaxınlaşıb. Azərbaycanlı iş adamları Xorvatiya ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Ticarət əlaqələrinin möhkəmlənməsi iqtisadi inkişafın əsas istiqamətlərindəndir.