Xəbərlər
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskvada keçiriləcək görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.
RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu məlumatı Moskvada keçirilən brifinqdə açıqlayıb.
M. Zaxarovanın sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskvada keçiriləcək görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə həsr ediləcək. Həmin görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.