YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseynbala Mirələmov: Mehriban xanım Əliyeva humanizm simvoludur

“Azərbaycanın  Birinci vitse – prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva təkcə cəmiyyətimiz üçün deyil, bütövlükdə bəşəriyyət üçün humanizm simvoludur. O, indiyədək üzərinə götürdüyü xoşməramlı missiya ilə insan hüquqlarının qorunması, vətəndaş cəmiyyəti ideyalarının bərqərar olması, cəza siyasətinin humanistləşdirilməsi, xüsusi qayğıya və diqqətə möhtac olan uşaqların himayə edilməsi istiqamətində mütərəqqi işlərin müəllifi olmaqla yanaşı, həm də şəhid və qazi ailələrinə olan xüsusi  diqqəti ilə ümumxalq sevgisini qazanıb”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov “yap.org.az” saytına açıqlamasında söyləyib.

Deputat bu günlərdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə, 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant  Sənan Axundovun ailəsinin mənzillə təmin olunmasını təqdir edərək bununla da  ölkənin birinci xanımının xalqımızın ürəyində bir daha unudulmaz sevgi abidəsi ucaltdığını bildirib: “Heydər Əliyev Fondunun prezidenti bu addımı ilə  bir daha sübut etdi ki, Azərbaycan dövləti xalqımızın ən böyük mənəvi sərvətlərindən olan şəhid ailələrini heç vaxt çətin vəziyyətdə qoymaz.

Xalqımızın qəhrəman oğullarından biri olan, şəhidliyin cənnətinə qovuşan  Sənan Axundov bu gün fiziki cəhətdən aramızda olmasa da, onun dəyərli övladlarını bağrına basıb onlara sahib çıxan qüdrətli Azərbaycan dövləti var.

Mehriban xanım Əliyeva bu misilsiz addımı ilə  isbatladı ki, təkcə dünyaya gətirdiyi üç xeyirxah övladın deyil, həm də onun köməyinə, mərhəmətinə, şəfqətinə və sevgisinə möhtac duyan hər kəsin anası və dayağıdır.

Bu addım Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin, şəhid ailələrinin ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu göstərən diqqətəlayiq jest olmaqla bərabər, həm də Azərbaycan dövlətinin davamlı sosial siyasətinin parlaq təzahürüdür”.

DİGƏR Xəbərlər Arxiv