Xəbərlər
Pakistanın Hərbi Dəniz Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan, Banqladeş, Səudiyyə Ərəbistanı və Malayziya HDQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tanışlıq səfəri çərçivəsində kontr-admiral Muştaq Ahmedin başçılıq etdiyi heyət Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında və Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub, aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.