YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çikaqo meri Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar bəyannamə imzalayıb

Çikaqo şəhərinin meri Ram Emanuel Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar bəyannamə imzalayıb.

ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və bütün dünya azərbaycanlılarına ünvanlanmış bəyannamədə 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Qafqaz bölgəsinin iqtisadi qüvvəsinə çevrildiyi, regionda sülhün, tolerantlığın və multikulturalizmin bərqərar olmasını təmin etdiyi bildirilir.

Sənəddə qeyd edilir ki, dünya üzrə azərbaycanlıların sayı 50 milyon, ABŞ-da isə 400 minə yaxındır. Vurğulanır ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır, insan haqlarının və bəşəri dəyərlərinin yayılmasına öz töhfəsini verir.

Diqqətə çatdırılır ki, 2015-ci ildə Çikaqo şəhərində təsis olduqdan sonra ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi mədəniyyətlərin mübadiləsində, Çikaqo və Orta Qərb ştatlarında yaşayan azərbaycanlılarını birləşməsində, Çikaqonun Azərbaycan icması isə Azərbaycan-ABŞ əlaqələrinin möhkəmləndirilmsində mühüm rol oynayıb.

Ölkəmizin xaricdə yaşayan azərbaycanlılarla əlaqələrini möhkəmləndirmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi nəzərə alınaraq, 2018-ci il dekabrın 31-i Çikaqo şəhərində Azərbaycanlıların Həmrəylik Günü elan olunub.