Xəbərlər
Seymur Orucov: Ölkəmizin inkişafında, Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu yüksəkdir
“Ölkəmizin inkişafında, Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu yüksəkdir”. Bu fikri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, gənclər sahəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi istiqamətində gənclərə böyük inam bəsləyir.
“Məhz bu baxımdan ölkəmizdə gənclər üçün ən yüksək şəraitin yaradılması istiqamətində mühüm Dövlət proqramları, strategiyaları qəbul edilir. Eləcə də, ali təhsil müəssisələrində reallaşdırılan islahatlar tələbələr üçün geniş imkanlar açır. Dövlətimizin başçısı hər zaman gənclərə böyük diqqət və qayğı göstərir. Respublikamızın bütün regionlarında gənclərin təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm işlər görülür. Gənclərin müxtəlif layihələrdə iştirakı, təcrübə mübadiləsi, dünyagörüşlərinin artırılması, onlara idarəetmə bacarıqlarının aşılanması kimi vacib meyarları hər zaman diqqət mərkəzində saxlanılır”-deyə, S.Orucov qeyd edib.