YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycan diaspor hərəkatında gənclərin rolu, lobbi quruculuğu və siyasi həyatda fəallığın artırılması kimi mühüm məsələlər daim diqqət mərkəzində olacaq

“Müasir dövrdə informasiya müharibəsi, şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri, Azərbaycan diaspor hərəkatında gənclərin rolu, lobbi quruculuğu, cəmiyyətə inteqrasiya və siyasi həyatda fəallığın artırılması kimi mühüm məsələlər, həmçinin təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində olacaq”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq ictimaiyyətin müəlumatlandırılması, konkret hadisələr üzrə faktların dünya ictimaiyyətinə çatdırılması cənab Prezidentin hər birimizin qarşısında müəyyən etdiyi ən vacib məsələlərədn biridir. Bu istiqamətdə görülən işlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədə rolunu təkrarən qeyd etmək istərdim. Onun təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniya ən önəmli addımlardandır.

“Görülən bu işlər yalnız müəyyən vəzifə daşıyıcılarının və ayrı-ayrı ictimai xadimlərin deyil, bütövlükdə hər bir azərbaycan­lının, hər bir vətənsevərin, eləcə də beynəlxalq hüquq normalarına hörmətlə yanaşan hər bir insanın borcudur. Diasporla İş üzrə Dövlət Komitəsi olaraq da soydaşlarımızla bu istiqamətdə söhbətlər aparılır, təşkilatlara həqiqətlərin təbliğində bütün mümkün dəstək göstərilir. Biz təşkilatları bütün zəruri əyani vəsaitlərlə təmin edirik, onlara təbliğat dəstəyi göstəririk. Biz hər hansı diaspor təşkilatının fəaliyyət planına düzəliş və ya hər hansı təsir etmirik. Sadəcə təşkilatlar dövlətimizin məqsəd və hədəflərini, o cümlədən Komitənin qarşısında dayanan vəzifələri bilirlər və öz fəaliyyət planlarını da buna uyğun qururlar”-deyə, F.Muradov vurğulayıb.