Xəbərlər
Bu il Bakıda 1,75 milyon tondan çox dizel yanacağı istehsal olunub
Cari ilin yanvar-noyabr aylarında Bakıda 1 milyon 755,2 min ton dizel yanacağı istehsal edilib.
On bir ayda paytaxtda 1 milyon 68,5 min ton avtomobil benzini, 179,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 554,1 min ton ağ neft, 92,7 min ton yanacaq mazutu, 150,6 min ton sürtkü yağları, 223,1 min ton neft koksu və 272,8 min ton neft bitumu istehsal olunub.