YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Ölkəmizin əmək qanunvericiliyi həm beynəlxalq standartlara, həm də Azərbaycanın qarşısında duran hədəflərə tam uyğun gəlir

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 il müddətində keçdiyi yolun hər günü, hər anı xalqımızın iştirakı ilə keçib və biz bu tarixin şanlı, həm də kədərli səhifələrini xatırlamaqdayıq. Bu il Azərbaycanda Cümhuriyyət ili elan olunub və təsadüfi deyil ki, bütün il böyük ölkənin müxtəlif dövlət qurumları yubiley tədbirlərini keçirməkdədirlər və bu il 100 illik inkişafımızın hesabat ili kimi qiymətləndirilməlidir". Bu fikirləti  Milli Məclisin sədr müavini Bahar Muradova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 100 illik yubileyinə həsr olunan konfransda çıxış edərkən deyib.

B.Muradova  bildirib ki, ƏƏSMN əhalinin mütləq əksəriyyəti, xalqla təmasda olan qurumlardan biridir: "Onun keçdiyi yol, dünəni, bu günü və sabahı hər kəs üçün maraqlıdır. Dünəni 100 il bundan öncə başlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu illər ərzində çox şərəfli yol keçib, dövlət tərəfindən qoyulan məsuliyyət və vəzifələri öz səlahiyyətləri çərçivəsində layiqincə yerinə yetirməyə çalışıb. Dövrün, zamanın üzərinə qoyduğu ağır şərtlər daxilində bu prosesləri keçirməyə məcbur olub. Bir çox hallarda əhalinin daha çox qınağı və narazılığı ilə üzləşən qurum olması baxımından nə qədər məsuliyyətli işlə məşğul olduğunu bir daha vurğulaya bilərik. Əsas funksiyalarını yerinə yetirərkən ilk növbədə əmək resurslarının səmərəli məşğulluğunun təmin edilməsinə yönəlib".

Vitse-spiker qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra inkişafın əldə olunmasında əmək resurslarımız insan kapitalımız həm yaxından iştirak edir, həm də çox böyük inkişaf yolu keçib: "Məhz bu iştirakın və inkişafı təmin olunması əlbəttə ki, müasir standartlara cavab verən beynəlxalq təcrübəyə əsaslanan qanunların qəbul olunması və tətbiqi ilə mümkün ola bilərdi. İllər ərzində bu qurum Azərbaycan parlamenti ilə çox ciddi əməkdaşlıq şəraitində işləyib". Onun sözlərinə görə, bu gün əmək qanunvericiliyi çox mükəmməldir, həm beynəlxalq standartlara, həm də Azərbaycanın qarşısında duran hədəflərə tam uyğun gəlir.