Xəbərlər
YAP Gənclər Birliyinin ofis rəhbəri Ho Şi Min adına Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüşüb
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Vyetnam Kommunist Partiyasının dəvəti ilə Hanoy şəhərində rəsmi səfərdədir. Səfər çərçivəsində YAP Gənclər Birliyinin ofis rəhbəri Fərid Nəsibov Ho Şi Min adına Kommunist Gənclər Birliyi (komsomol) Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nguyen Hai Minh ilə görüşüb.
Görüşdə partiyaların gənclər birlikləri arasında qarşılıqlı əlaqə və fikir mübadiləsi, eləcə də birgə layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişafı qarşılıqlı məmnunluq doğurur. Bir neçə il öncə tərəflər arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması münasibətlərin inkişafında mühüm rola malikdir. Həmçinin hər iki partiyanın İCAPP çərçivəsində fəal əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir.